Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır - FOTO

Hazırda oxunan: Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır - FOTO

9818

Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, rus hərbçilər Dağlıq Qarabağ zonasında atəşkəsə və bütün döyüş əməliyyatlarına nəzarət etmək üçün ortaq Rusiya-Türkiyə mərkəzində işləməyə hazırlaşırlar.

 

MÖVZU İLƏ BAĞLI:

Türk hərbçilər Azərbaycana gəldi

Qarabağda Rusiya-Türkiyə Monitorinq Mərkəzi ən qısa zamanda fəaliyyətə başlayacaq - HAZIRLIQ GEDİR


Mərkəzin tərkibinə daxil olacaq rus hərbçilərinin atəşkəs rejiminin monitorinqi tapşırıqlarını birgə icra etmələri üçün təlim keçdikləri və Azərbaycan ərazisinə getməyə hazırlaşdıqları vurğulanıb.

Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin strukturunu, məqsədini, vəzifələrini və funksiyalarını, işinin təşkili qaydasını, eyni zamanda ərazilərində tapşırıqları yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər.

Birgə Mərkəzin heyəti vəziyyətə nəzarət və atəşkəsin monitorinqini pilotsuz uçuş vasitələrindən istifadə etməklə yerinə yetirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin