Mərkəzi Elmi Kitabxana oxucular üçün xidmətə başladı

Hazırda oxunan: Mərkəzi Elmi Kitabxana oxucular üçün xidmətə başladı

98172
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası oxucuların istifadəsinə verilib.

AMEA Mərkəzi Elmi Kitabxana Mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, səhər saatlarından etibarən oxucuların kitabxanaya fasiləsiz gəlişi başlayıb. İlk olaraq oxucular qeydiyyatdan keçib, kitabxanadan istifadə qaydaları və istifadəçilərə aid bölmələrin yerləşməsi haqqında təlimatla tanış olub.

Gün ərzində oxucuların sorğuları əsasən kitab, qəzet, jurnal və elektron materiallara aid olub. Sorğular MEK-in Kitabxana-xidmət şöbəsinin əməkdaşları tərəfindən cavablandırılıb.

Müasir avadanlıqlarla tam təchiz olunmuş oxu zallarında oxucular yeni standartların tələblərinə cavab verən xidmət çərçivəsində elektron resurslara çıxış imkanlarından istifadə ediblər. İstifadəçilərin elmi məqalələr üzrə BİOONE, EBSCO PREMİER, İOPSCİENCE, EDWARD ELGAR, ROYAL SOCİETY JOURNALS COLLECTİON və digər məlumat bazalarına dair sorğularını kitabxananın xidmət personalı düzgün və operativ cavablandırıb. Oxuculara hərtərəfli məlumat-biblioqrafiya xidməti ilə yanaşı, həm də müxtəlif texniki xidmətlər (surətçıxarma, skanlama və  s.) göstərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin