Dəniz quldurlarının hücumuna məruz qalan “Motsart” gəmisində həyatını itirən azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Bakı hava limanına çatdırılıb.
Bizim.Media DHA-ya istinadla xəbər verir ki, İsmayılovun nəşi Türkiyə Hava Yollarına məxsus hava gəmisi ilə göndərilib.
Qeyd edək ki, “Motsart” adlı gəmi yanvarın 23-də Nigeriyanın Laqos şəhəri yaxınlığında dəniz quldurlarının hücumuna məruz qalıb. 19 nəfərlik heyətdən 15-i qaçırılıb, Fərman İsmayılov isə qətlə yetirilib.
***
Yanvarın 23-də Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib.
Bizim.Media “Haber Global”a istinadla xəbər verir ki, F. İsmayılovun cənazəsi Türk Hava Yollarının İstanbul-Bakı uçuş reysi ilə aparılıb.
MÖVZU İLƏ BAĞLI:
Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilir - FOTO
Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.
Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb.
Bizim.Media