FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Bizim.Media xəbər verir ki, agentliyin müfəttişləri Abşeron rayonu, Güzdək qəsəbəsində “Xəzri-Y” MMC-yə məxsus daş karxanasında plan üzrə yoxlama aparıb.
Yoxlama zamanı karxanada insan həyatı və sağlamlığı üçün təhlükə törədə biləcək pozuntular aşkar edilib.
Belə ki, daşkəsən maşının təcili dayanma avadanlığının olmadığı, üst arabacığı hərəkət etdirən mühərrikin sıradan çıxması səbəbindən əməliyyatın ling vasitəsilə aparıldığı müəyyən edilib.
Həmçinin daşkəsən maşını elektrik enerjisi ilə təmin edən ötürücü naqillərin birləşmə yerlərinin izolyasiyasız olduğu, naqillərin isə elastik olmadığı, elektrik avadanlıqlarına xidmət zamanı isə fərdi qoruyucu vasitələrdən istifadə edilmədiyi aşkar olunub.
Bundan əlavə, müfəttişlərin əraziyə baxışı zamanı daşkəsən maşının hərəkəti üçün nəzərdə tutulmuş rels yolunun sonunda dayaqların, eləcə də karxananın kənarında yerləşən paylayıcı yarımstansiyanın ətrafında qoruyucu çəpərin olmadığı aşkar edilib.
Qeyd olunanlarla əlaqədar agentliyin müfəttişləri tərəfindən karxana rəhbərliyi və işçilərlə profilaktik söhbət aparılıb, aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.
Aşkar edilmiş pozuntular barədə akt tərtib olunaraq onların qısa müddətdə aradan qaldırılması üçün sahibkara təqdim edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:13 / 08.10.2022
Güzdəkdəki daş karxanasında pozuntular aşkarlanıb - FOTO/VİDEO
Hazırda oxunan: Güzdəkdəki daş karxanasında pozuntular aşkarlanıb - FOTO/VİDEO
Hazırda oxunan: Güzdəkdəki daş karxanasında pozuntular aşkarlanıb - FOTO/VİDEO
98129
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.