"Qarabağda 150 min iş yeri yarada biləcəyimizə ümid edirik" - Emin Hüseynov

Hazırda oxunan: "Qarabağda 150 min iş yeri yarada biləcəyimizə ümid edirik" - Emin Hüseynov

98090

"Təkcə Qarabağ iqtisadi rayonunda 150 min iş yeri yarada biləcəyimizə ümid edirik". 

Bizim.Media xəbər verir ki, bunu Naftalanda keçirilən "Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi: Regionda Yeni Reallıqlar" beynəlxalq elmi-pratik konfransında bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. 

"Ermənistanın verdiyi mina xəritələrinin effektivliyi 25%- dir. İşğaldan azad edilmiş ərazilərin mina və partlamamış sursatlarla çirkləndirilməsi bu ərazilərinin bərpasını ləngidir.

8 ayda - rekord müddətdə Füzuli aeroportu inşa edilib. Tezliklə Ağdam və Füzulidə 2 xəstəxananın tikintisinə başlanılacaq. Yaxın vaxtlarda Pənahəli xanın sarayı da bərpa ediləcək. Suqovuşan, Tuğ və Hadrutun turizm inkişaf konsepsiyaları hazırlanıb. Ağdamda özəl şirkətlər otel tikintisinə başlayıb.

Bu şəhər tamimlə bərpa edildikdən sonra onu biznes mərkəzinə çevirmək planı var. Ağdamda inşa ediləcək atçılıq mərkəzi də turizminin inkişafına təkan verəcək.
Qarabağın təbiəti burda ekoturizmin inkişafına təkan verəcək. 2026-cı ilə qədər Ağdam və Füzuli şəhərlərinin, eləcə də bu rayonların 32 kəndinin bərpa edilməsi planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərə 2025-ci il qədər 1 milyona yaxın turistin səfər etməsi gözlənilir", - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin