Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında 77,7 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, onlardan 26,2 min şəxs münasib işlərlə təmin edilib, 12,8 min şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.
Agentlik tərəfindən bu ilin 9 ayında həmçinin 3,4 min işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlər aparılıb.
Qeyd olunan dövrdə 35,3 min şəxsə peşəyönümü xidmətlər göstərilib. Həmçinin 9 ay ərzində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə də işlər davam etdirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:34 / 07.10.2022
77,7 min şəxs İŞLƏ təmin olundu
Hazırda oxunan: 77,7 min şəxs İŞLƏ təmin olundu
Hazırda oxunan: 77,7 min şəxs İŞLƏ təmin olundu
98037
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.