Azərbaycanda 674 adda peşədə (vəzifədə) qadınların əməyinə qoyulan qadağa ləğv edilir.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin oktyabrın 7-də onlayn keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
O, toplantının gündəliyinə 4 məsələnin daxil edildiyini söyləyib. M.Quliyev müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (ikinci oxunuş) təklif olunan dəyişikliklərin mahiyyətini açıqlayıb.
O, dəyişikliklərin pensiya artımlarının vahid indeksasiya metodunun tətbiqinin genişləndirilməsi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən əmək pensiyaçılarına edilən maddi yardımın pensiyaya əlavə edilməsi istiqamətləri üzrə ətraflı izahat verib, həmçinin xüsusi şərtlərlə pensiya alan pensiyaçıların pensiyalarının indeksləşdirilməsi mexanizmlərinin tətbiqinin üstünlüklərinə toxunub.
M.Quliyev gündəliyin ikinci məsələsi olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) insan kapitalının inkişafı sahəsində ölkədə həyata keçirilən işlərin davamı kimi xarakterizə edib.
Gündəliyin üçüncü məsələsi olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verərkən M.Quliyev bildirib ki, bu dəyişikliklər Azərbaycanın gender bərabərliyi siyasətinə növbəti töhfədir.
Qeyd olunub ki, Əmək Məcəlləsinə təklif olunan bu dəyişikliklər 674 adda peşədə (vəzifədə) qadınların əməyinə qoyulan qadağanı ləğv edir, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara 204 iş yeri və ya peşədə işləməyə məhdudiyyət qoyur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:09 / 07.10.2022
674 vəzifədə qadınların işləməsinə qoyulan qadağa LƏĞV OLUNUR
Hazırda oxunan: 674 vəzifədə qadınların işləməsinə qoyulan qadağa LƏĞV OLUNUR
Hazırda oxunan: 674 vəzifədə qadınların işləməsinə qoyulan qadağa LƏĞV OLUNUR
98010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.