Bəzi alimlərin fikrincə, artıq çəki və köklük yalnız genetika ilə bağlı deyil.
Bunu astrologiya ilə də əlaqələndirənlər olduğu üçün Bizim.Media olaraq 5 ən dolu, toppuş, ətli-qanlı bürclərin siyahısını toplamışıq.
Əkizlər
Onların həyatında xaos nizam-intizamdan daha çoxdur. Pəhriz saxlamaqda çətinlik çəkirlər. Əslində buna zamanları olmur. Yəni, səhər doyunca yeyib işə getdikdən sonra, hətta axşam sifariş verdikləri (hazırladıqları) şirniyyatda nə qədər kalorinin olması barədə düşünmək istəmirlər. Çünki tort artıq qarşılarındadır.
Xərçəng
Problemlərini yeməklə unutdurmağa meyillidirlər. Arıqlamaqları qəliz prosesdir. Özlərini ələ alıb idmanla məşğul ola bilmirlər. Rasionlarına müəyyən məhdudiyyət qoymağı isə ağıllarına belə gətirmirlər.
Şir
Bu bürcdən olan xanımlar gözəl həyatı sevir və özlərinə qadağa qoymağa öyrəşməyiblər. Ələlxüsus da xörək mövzusunda. Dietaya otura, idman zalına da getməyi mümkündür, amma daxili narsizmi üstün olsa, bu arıqlama cəhdləri puça çıxacaq. Özlərini sevindirmək üçün restorandan bahalı və ən dadlı qidaları almağı sevirlər.
Oğlaq
Bu bürcün qadınları bir mövqe tutmağa üstünlük verirlər. Korrektələri öyrəşdikləri həyat tərzinə daxil etmək onlar üçün qəlizdir. Əgər ömür boyu idmanla məşğul olublarsa, 40 yaşlarında da bunu davam etdirəcəklər. Amma çəkilərinə diqqət yetirmədən yaşayıblarsa, o zaman belə də davam edəcəklər.
Balıqlar
Özlərində inam toplayıb nəyəsə başlamaqda müşkülləri az deyil. Dəyişikliyin lazım olduğunu anlasalar belə, buna cəhd göstərmirlər. Təskinlikləri isə belədir: “Hər şey elə də bərbad deyil”. Yumşaq xasiyyətli balıqlar pəhrizdə çox qala bilmirlər.
Bizim.Media