Sabah bir neçə rayonda qaz olmayacaq

Hazırda oxunan: Sabah bir neçə rayonda qaz olmayacaq

97996
Ağdaş, Qazax və Astara Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Moderator.az SOCAR-ın saytına istinadən məlumat verir ki, sentyabrın 30-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac”x9d İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin 'Ucar' ,“Lək”x9d və “Zərdab”x9d, Qazax Magistral qaz kəmərləri sahəsinin “Çinarlı”x9d, Astara Magistral qaz kəmərləri sahəsinin “Ərçivan”x9d qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Astara rayonunun Ərçivan, Alaşa, Şovaş, Artopa və Kişab, Şəmkir rayonun Çinarlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Ucar və Zərdab rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin