Rəcəb Babaşovun təhqir etdiyi deyilən icra nümayəndəsi DANIŞDI: “Rəhbər işçini danlayar da...”

Hazırda oxunan: Rəcəb Babaşovun təhqir etdiyi deyilən icra nümayəndəsi DANIŞDI: “Rəhbər işçini danlayar da...”

97986

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sentyabrın ilk həftəsində, rayon ictimaiyyətinin iştirakı ilə qəbul keçirib. Qəbulda müzakirə olunan məsələlərdən biri də erkən nikahlar mövzusu olub.  

Sosial şəbəkələrdə yayımlanan xəbərlərə görə, müzakirə zamanı icra başçısı Rəcəb Babaşov tərəfindən Kosalar kənd icra nümayəndəsi Bəxtiyar Əmirovun ünvanına nalayiq ifadələr işlədilib.  Qəbulda qadınların olmasına baxmayaraq, icra başçısı “kənd sovetini” söyüşlərlə təhqir edib.
Məsələ ilə bağlı Qazax rayon İcra Hakimiyyətiylə əlaqə saxladıq. İcra Hakimiyyətindən Bizim.Media-ya bildirdilər ki, yayılanlar şayiədən başqa bir şey deyil və “yaxşı olar ki, Kosalar kənd nümayəndəsi Bəxtiyar Əmirovla əlaqə saxlayasınız”.

İcra Hakimiyyətindəkinin məsləhətinə uyğun olaraq Bəxtiyar Əmirovu aradıq. O, belə bir iclasın olduğunu təsdiqlədi.

“İclasda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı söhbət gedib. Mən də çıxış etmişəm. Çünki, məktəbli qızı qaçıran şəxs bizim kəndin sakinidir. Doğrudur, baş verən məsələ İcra başçımızı çox əsəbiləşdirmişdi. Dedi ki, “bəs, siz hara baxırsınız?”. Hamımızı danladı.
Amma söyüş söhbəti yalandır. Kim yazıbsa qərəzli yazıb. Çünki, iclasda çoxlu sayda qadın-qız var idi. Bir də ki, rəhbər işçini danlayar də... Burda nə var ki?!”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin