Reza Deqati Natavanın qəbrində gördüyü mənzərədən yazdı: \"Ən böyük sarsıntı...\" - FOTO

Hazırda oxunan: Reza Deqati Natavanın qəbrində gördüyü mənzərədən yazdı: \"Ən böyük sarsıntı...\" - FOTO

9796

Dünyaca məşhur fotoqraf Reza Deqati Ağdam şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın məqbərəsinə qarşı həyata keçirilən vandalizmlə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində məlumat verib:

"Xurşudbanu Natavan 15 avqust 1832-ci ildə Şuşa şəhərində anadan olub. O, Qarabağın son xanının varisi idi və ailənin sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən şəhərə su təminatını həyata keçirən və mühəndislik incisi hesab olunan su kəmərinin çəkilməsinə sərf edib".

 

MÖVZU İLƏ BAĞLI:

“Qanlı Yanvar faciəsini işıqlandırmaq üçün 48 saat qatarda gizlənərək gəldim” - Reza Deqati 

Məşhur fotoqraf Bülbülün Şuşadakı evində - FOTO


Fotoqraf ilk dəfə 1992-ci ildə erməni hərbi birləşmələrinin hücumundan əvvəl məqbərənin ərazisində olduğunu və məzar daşındakı memarlıq yaradıcılığına heyran qaldığını qeyd edib:

“Şəhər 2020-ci ilin noyabrında işğaldan azad edildikdən sonra mən yenidən oraya qayıtdım və şairənin dəfn edildiyi məzarın dağıdıldığını, hətta onun sümüklərinin qəbrindən çıxarılıb aparıldığını gördüm”.

O, vurğulayıb ki, ən böyük sarsıntı bütün bunların qəsdən dağıdılmasında deyil, bunu edənlərin şairənin inşa etdirdiyi su kəmərindən su içən insanların olmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin