Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə zəhərlənmə ilə bağlı açıqlama yayıb.
Bizim.Media idarəyə istinadən xəbər verir ki, məktəb rəhbərliyinin məlumatına əsasən, 6b sinfində 07.10.2022-ci il tarixdə saat 09:35-də (ikinci saat) texnologiya dərsində salat hazırlanıb. Hazırlanan salatdan 5 nəfər şagirdin zəhərlənmə halı baş verib.
Dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib. Hazırlanan salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.
13.30
Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında zəhərlənmə olub.
Bizim.Media xəbər verir ki, məktəbin 6 şagirdi zəhərlənib.
TƏBİB-dən bildirilib ki, 07.10.2022-ci il tarixdə saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.
İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir.
Şagirdlər məktəbdə Texnologiya dərsində özlərinin hazırladığı salatdan zəhərləniblər.
Zəhərlənən şagirdlər 2010-cu il təvəllüdlü Əlizadə Yusif Anar oğlu, Babayeva Ayşə Ramin qızı, Paşayeva Nuray Nicat qızı, 2011-ci il təvəllüdlü Bağırov Məhəmməd Mətləb oğlu, Heydərova Zeynəb Seymur qızı və Aslanova Aytac Samir qızıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:41 / 07.10.2022
Gəncədə məktəbdə şagirdlər niyə zəhərlənib? - YENİLƏNİB
Hazırda oxunan: Gəncədə məktəbdə şagirdlər niyə zəhərlənib? - YENİLƏNİB
Hazırda oxunan: Gəncədə məktəbdə şagirdlər niyə zəhərlənib? - YENİLƏNİB
97956
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.