"Torqovı"nın mərkəzi küçələri niyə DAĞILIB? – FOTO/VİDEO

Hazırda oxunan: "Torqovı"nın mərkəzi küçələri niyə DAĞILIB? – FOTO/VİDEO

97943

Bakının bəzi mərkəzi küçələri acınacaqlı durumdadır. Söhbət Səbail rayonunda yerləşən məşhur Fəvvarələr meydanının köməkçi - Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Hacı Zeynalabdin Tağıyev küçələrindən gedir. Hər üç küçənin döşəmləri döyüş meydanını xatırladır.

Uçulub, dağılmış, qopmuş döşəmə və asfalt örtükləri, addımbaşı rast gəlinən çalalar insanların əsəblərini tarıma çəkir. 

Bəhs etdiyimiz küçələr əcnəbi və yerli vətəndaşların istirahəti üçün daha çox istifadə etdiyi ərazilərdir ki, son günlər aidiyyəti qurumların unudulduğu məkana çevrilib. 

Ətrafa səpələnən qopmuş döşəmələrin yerində çalalar dərinləşib ki, bu da insanların rahat gediş gəlişinə maneçilik törədir. Yağmurlu havalarda bu ərazilərdən heç danışmağa dəyməz.

Bizim.Media ağrılı mənzərədən görüntüləri təqdim edir:

Ümid edirik, aidiyyəti qurumlar məsələ ilə bağlı hərəkətə keçəcək.

Alçina Amilqızı, Bizim.Media 
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin