Azərbaycanda inzibati məsuliyyətə cəlbetmə müddəti artırılır

Hazırda oxunan: Azərbaycanda inzibati məsuliyyətə cəlbetmə müddəti artırılır

97938

İnzibati məsuliyyətə cəlb etmə müddəti 3 aydan 4 ayadək artırılır. 

Bizim.Media xəbər verir ki, bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. 

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən bir qayda olaraq 3 ayadək verilə bilər. Lakin müvafiq protokollardan, qərarlardan şikayət vermə və müvafiq şikayətlərə baxma ilə əlaqədar bəzi hallarda 3 aylıq müddət yetərli olmur və 3 aylıq müddət keçdikdən sonra təqsirkar şəxsləri inzibati məsuliyyətə cəlb etmək mümkün olmur.
Bununla əlaqədar layihədə inzibati məsuliyyətə cəlb etmə müddətinin 3 aydan 4 ayadək artırılması təklif olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin