Nə deyirsiniz, razısınız, yoxsa yox?

Hazırda oxunan: Nə deyirsiniz, razısınız, yoxsa yox?

97935
“Avropa ”“ avropalılar üçündür”x9d, "Miqrantlara yox”x9d, “İslama nifrət”x9d bağıran avropalılara üzümü tuturam.

Onların içərisində isə şəxsən tanıdığım həmkarlarımdan (ATƏT və digər təşkilatlarda olan parlamentarilər və ictimai-siyasi xadimlər daxil olmaqla) soruşmaq istəyirəm, bu gün bu binəvaların üzərinə bütün qapıların bağlanmasını cani-dildən tələb etdiyiniz halda, nədən zamanında öz ölkələrinizin yüksək və hərbi rəsmilərinin qərarlarına etiraz etmədiniz?

Orta Şərq və Şimali Afrika ölkələrinin ərazi bütövlüyünün, suverenliyinin sarsıdılmasına, legitim hakimiyyətlərinin devrilməsinə, minillik tarix və mədəniyyətlərinin dağıdılmasına qarşı çıxmadınız?

Milyonlarla insanların öz yurdunda özləri üçün məqbul hesab etdikləri həyatlarının alt-üst edilməsini qınamadınız? “Afrika ”“ afrikalılar üçün “ söyləmədiniz.

Terrorçu qrupların yaradılması, maliyyələşdirilməsi, silahlandırılması və nəhayətdə dünyəvi islam dövlətlərinin dağıdılıb yerlə yeksan edilməsinə yönəldilməsinə “yox”x9d demədiniz?

Bu susqunluğunuzla da İslamın “sülh, qardaşlıq və bərabərliyə”x9d deyil, terror və müharibələrə yol açan bir din olduğunu sübuta yetirmək istəyən başbilənlərinizlə eyni mövqedən çıxış etməklə daha artıq suç işlətdiniz.

Süngü ucunda “demokratiya”x9d bəxş etmək istədiyiniz bütöv bir regiona bədbəxtlik və səfalət gətirildi, səsiniz çıxmadı. İmdad dilədilər eşitmədiniz. Kömək edin, xilas edin dedilər ”“ halınızı pozmadınız. Yenə susdunuz.

Düşünmədinizmi ki, od təkcə düşdüyü yeri yandırsa da, tüstüsü çoxlarının göslərini yaşardır.

Amma deyəsən indiki halda sizi narahat edən təkcə tüstüdən yaşaran gözləriniz deyil, həm də adət etdiyiniz komfortlu həyatın bir balaca pozulmasıdır.

Bəs necə, əlbəttə ki, narahatlığınıza çox ciddi əsaslar var. Dünyanın bir yarısını öz ambisiyalarına qurban verməyə hazır olanların təkcə məlum regionu və onun xalqlarını deyil, həm də sizin “rahatlığınızı”x9d hədəf aldıqlarını düşünməliydiniz. Milyonlarla insan iztirablar, qanlar və ölümlər məngənəsində çabalayarkən sizin qayğısız həyat sürəcəyinizə inamlarınız artıq puç olmaqdadır.

Odur ki, həyəcan təbili çalırsınız. Amma yenə də bu təbili bütün insanlıq və bəşəriyyət üçün deyil, yalnız özünüz üçün çalmaqdasınız.

Ölkələrinizin sərhədində, evlərinizin qapılarında bir içim su, bir tikə çörək, daldalanmaq üçün bir parça yer həsrətində olan milyonlar dünənədək müdrik bir əda ilə “hüquqlarını qorumaq, demokratik və azad cəmiyyət”x9d bəxş etmək istədiyiniz həmin insanlardır. Onlar bu “cəmiyyəti”x9d Sizinlə bölüşmək istəyirlər.

Nə deyirsiniz, razısınız, yoxsa yox?

Səsiniz gəlsin.

P.S. Bu yazı Bahar Muradovanın "facebook" səhifəsindən" götürülüb

Bahar Muradova,
Milli Məclis sədrinin müavini



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin