Media insan hüquqlarının pozulması ilə bağlı Ombudsmana şikayət verə biləcək

Hazırda oxunan: Media insan hüquqlarının pozulması ilə bağlı Ombudsmana şikayət verə biləcək

97927

İnsan hüquqlarının pozulmasına dair Ombudsmana şikayət verənlərin əhatə dairəsi genişlənir.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsində əksini tapıb.

Layihəyə əsasən, insan hüquqları pozulmuş şəxsin razılığı ilə media subyektləri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri də ombudsmana şikayət verə biləcək. 
İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.) isə şikayəti vətəndaş cəmiyyəti institutları razılıq almadan da verə biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin