"Sovetski"dən köçürülənlərin Kərbəla müsibəti

Hazırda oxunan: "Sovetski"dən köçürülənlərin Kərbəla müsibəti

97797
Bakının “Sovetski”x9d adlanan ərazisindən Nərimanov rayonuna köçürülmüş şəxslər hazırda yaşadıqları binada suyun fasilərlə verilməsindən narazıdırlar. Sakinlərin Moderator.az-a verdiyi məlumata görə, suyun fasilərlə verilməsi və hər gün 22:00-da kəsilməsi onlar üçün ciddi problemlər yaradır. Sakinlər deyir ki, heç olmasa su çənləri olsaydı, suyun fasilərlə verilməsi və kəsilməsi bu qədər problem yaratmazdı. Ancaq su çənlərinin olmaması məşəqqətli vəziyyət yaradıb.

Bundan başqa liftin saat 19:00-dan sonra işləməməsi sakinlərin ciddi narazılığına səbəb olub. Onların sözlərinə görə, liftin belə tez dayandırılması xüsusən yaşlı adamları xeyli narazı salır.

Xatırladaq ki, Bakının “Sovetski”x9d adlanan ərazisində sahəsi 25 kv. m-dən az olan evlərin sahiblərinə - 200 ailəyə Nərimanov rayonunda sahəsi 45 kv. m olan mənzillər verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin