Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Özbəkistan ərazisində cinayət törətməkdə təqsirlənirilən həmin ölkənin vətəndaşı Aşurəliyev Şərəf Xumoyunoviçin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunması barədə Azərbaycanın Baş Prokurorluğuna sorğu edilib.
Belə ki, Şərəf Aşurəliyev qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində beynəlxalq axtarış elan olunub.
Baş Prokurorluq tərəfindən ekstradisiya icraatı aparılaraq Özbəkistan Baş Prokurorluğunun sorğusu təmin olunub.
Şərəf Aşurəliyev hər iki ölkənin hüquq mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə sorğu edən ölkəyə təhvil verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:09 / 06.10.2022
Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya edildi
Hazırda oxunan: Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya edildi
Hazırda oxunan: Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya edildi
97774
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.