Bakı sürətlə səhralaşır - “Cəmi 0,5 faiz ərazi yaşıllıqdır” - Ekspertdən SOS

Hazırda oxunan: Bakı sürətlə səhralaşır - “Cəmi 0,5 faiz ərazi yaşıllıqdır” - Ekspertdən SOS

97768

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Bakıda yaşıllıq sahələrinin həcmi cəmi 920 hektardır.

Bizim.Media xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev məsələyə münasibət bildirib.

Ekspertin sözlərinə görə Bakıda yaşıllıq sahələrinin həcmi ümumi ərazisi 214 min hektar olan meqapolis üçün faciəvi səviyyədə aşağı bir göstəricidir:

“Ümumi ərazinin hətta 0.5%-i belə yaşıllıq sahəsi deyil. Müqayisə üçün deyim ki, bu göstərici İstanbulda 2.2%, Tokioda 7,5%, Parisdə 9.5%, Berlində 14,4%, Nyu-Yorkda 27%, Londonda 33%, Vyanada 45%, Osloda 68% təşkil edir.
Yaşıllıq sahəsi dedikdə bütünlükdə ictimai istifadədə olan meşə, park və bağçalar nəzərdə tutulur. Bakının 0.5%-lik yaşıllıq göstəricisi bizim ekoloji baxımdan nə dərəcədə əlverişsiz bir ərazidə yaşadığımızı göstərir”.

Ekspert əlavə edib ki, ən böyük fəlakət yaşıllıqdan yoxsul şəhərin son 20 ildə olan-qalan yaşıllıqlarının da məhv edilməsilə nəhəng tikinti meydançasına çevrilməsidir:

“Bakı ilə bərabər Abşeron da eyni fəlakəti yaşayır. Xırdalanda son 15 ildə potensial olaraq park və ya meşə zolağına çevrilə biləcək 2 böyük ərazinin sıx məskunlaşma ərazisinə çevrilməsi təkcə ekoloji fəlakətə yox, həm də demoqrafik və nəqliyyat böhranına səbəb olub”, - deyə Rövşən Ağayev qeyd edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin