Ermənistanın raket hücumları obyektlərə 50 milyona manata yaxın ziyan vurub

Hazırda oxunan: Ermənistanın raket hücumları obyektlərə 50 milyona manata yaxın ziyan vurub

97729

Vətən Müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən 17 rayon və 3 şəhərin müdafiə olunmayan əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları, mülki əhalinin sıx yaşadığı məntəqələr, döyüşlərədə iştirak etməyən mülki şəxslər, habelə Azərbaycan Respublikasının ciddi infrastruktur obyektlərinin hədəfə alınması nəticəsində 93 nəfər mülki şəxsin qəsdən öldürülməsi, 454 nəfər mülki şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov "Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bugünədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair" Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.

O bildirib ki, erməni silahlıları tərəfindən raket hücumları nəticəsində 14 şəhər və rayon, o cümlədən Gəncə, Bərdə Tərtər və digər rayonlar üzrə ümumilikdə 14.724 əmlaka təxminən 47.503.911 manat maddi ziyan dəyib:

“Təcavüzkar hücumlar yalnız mülki şəxslərin sıx yaşadığı məntəqələr deyil, eləcə də partladılması böyük dağıntılara səbəb ola bilən mühüm obyektlərə - Bakı-Novorossiysk neft-boru kəməri, Mingəçevir Su və İstilik Elektrik Stansiyaları, Bakı-Tbilisi-Ceyhan, Qərb-İxrac, Cənubi Qafqaz Genişlənmiş boru kəmərləri, Qəbələ Beynəlxalq hava limanı da yönəlib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin