“Hərbçilərin yayılan videoları ilə bağlı Azərbaycana təzyiq yolverilməzdir” - Baş prokuror 

Hazırda oxunan: “Hərbçilərin yayılan videoları ilə bağlı Azərbaycana təzyiq yolverilməzdir” - Baş prokuror 

97725

“Bəzi ölkələr, həmin ölkələrin Azərbaycandakı səfirlikləri, yüksək vəzifə tutan rəsmiləri Azərbaycan hərbçiləri olması güman edilən şəxslərin erməni hərbçilərinə qarşı təhqirə yol verən videoları ilə bağlı birtərəfli mövqe tuturlar”. 

Bizim.Media xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Törədilən cinayətlərlə bağlı 57 Ermənistan vətəndaşı məsuliyyətə cəlb olunub


Baş prokuror bildirib ki, Ermənistan tərəfindən də belə videolar yayılır: “Amma Ermənistan tərəfi nə bir dəfə rəsmi bəyanat verib, nə də başqa bir hərəkət nümayiş etdirib. Amma Azərbaycanın siyasi rəhbərliyi açıq-aydın öz mövqeyini ortaya qoyub. Biz bu videoları araşdırırıq”.

Kamran Əliyev bəzi ölkələrin səfirliklərinin birtərəfli mövqedən çəkinmədiklərini deyib. O, Ermənistan ərazisində heç bir hərbi əməliyyatın aparılmadığını deyib:

“Bir daha qeyd edirik ki, Ermənistan ərazisində müharibə getməyib və Ermənistan ekoloji fəlakətə məruz qalmayıb. Bu videolar araşdırma tələb edir. Biz səfirliklərin bu mövqeyini tərəfimizdən aparılan araşdırmalara təzyiq kimi qəbul edirik. Son videolarla bağlı biz 3 dəfə açıqlama vermişik.

O videolarda saxta elementlər də var. Bunlar hamısı araşdırılmalıdır. Məlumat üçün sizə bildirim ki, bu videolarla bağlı ayrıca mənim sərəncamım ilə tam müstəqil istintaq qrupu yaradılıb. Biz bu videoları araşdırırıq və bunların konkret nəticələri olacaq. Amma vaxtından qabaq hər hansı panika şəklində Azərbaycan hökumətinə təzyiq göstərmək yolverilməzdir.
Bu günə qədər bizdə Azərbaycan əsgərlərinin, mülki şəxslərinin ermənilər tərəfindən öldürülməsi, təhqir edilməsi ilə bağlı videoları var. Amma Ermənistan tərəfindən bunlarla bağlı bir dəfə də olsun açıqlama verilməyib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin