2022-ci ilin sentyabr ayının 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib, erməni təxribatının qarşısını alarkən 80 hərbi qulluqçu şəhid olub, 274 nəfər hərbi qulluqçu yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Baş prokurorun böyük köməkçisi İlqar Səfərov "Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair" Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.
O bildirib ki, hərbi əməliyyatlar zamanı əsir götürülmüş 17 şəxs və 133 meyit erməni tərəfinə təhvil verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:46 / 06.10.2022
Ötən ay əsir götürülmüş 17 şəxs və 133 meyit erməni tərəfinə təhvil verilib
Hazırda oxunan: Ötən ay əsir götürülmüş 17 şəxs və 133 meyit erməni tərəfinə təhvil verilib
Hazırda oxunan: Ötən ay əsir götürülmüş 17 şəxs və 133 meyit erməni tərəfinə təhvil verilib
97710
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.