30 gün ərzində borc ödənilməsə qaz kəsiləcək - “Azəriqaz”

Hazırda oxunan: 30 gün ərzində borc ödənilməsə qaz kəsiləcək - “Azəriqaz”

9769

“Yeni quraşdırılacaq mexaniki sayğaclar mərkəzdən idarə olunacaq. Qaza borcu olan abonentlərə qaz verilişi avtomatik olaraq dayandırılacaq”. 

Bizim.Media xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə abonentlərə qaz borcu ilə bağlı SMS gələcək:

“SMS gələndən sonra 1 ay müddətində istifadə etdiyi qaz borcunu ödəməyən abonentə qaz verilməsi dayandırılacaq.

Artıq yaxın bir ay ərzində 700 min abonentə bildirişlər göndəriləcək. 30 gün ərzində borc ödənilməsə abonentin qazı dayandırılacaq.

Bildiriş veriləndən sonra 30 gün müddətinə qazı dayandırmaq səlahiyyəti yoxdur. Amma 30 gün ərzində qaz pulu ödənilməsə qaz verilişi dayandırılacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin