Bakıda atasını küt alətlə öldürən şəxsin şikayəti təmin edilmədi – MƏHKƏMƏ QƏRARI 

Hazırda oxunan: Bakıda atasını küt alətlə öldürən şəxsin şikayəti təmin edilmədi – MƏHKƏMƏ QƏRARI 

97663

Bakıda atasını öldürməkdə ittiham olunan İlqar Kərimovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

İlqar Kərimovun cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi şikayət təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Kərimov Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin martın 12-də Kərimov Ramiz Nurulla oğlu təzyiq xəstəliyi ilə əlaqədar səhhətinin pisləşməsi nəticəsində ölüb. Meyitin daxili müayinəsi zamanı mərhumun baş beyin yarımkürələrinin geniş qansızması aşkar olunub.

Qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən təkrar zərbələrlə yetirilməsi zamanı törədilməsi müəyyən edilib.

Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin oğlu İlqar Kərimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ramiz Kərimovun baş nahiyəsinə zərbələr vuraraq törədilməsinə əsaslı şübhələr müəyyənləşib.
İstintaq orqanı tərəfindən İlqar Kərimovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin