QAT sədri Akif Nağı “Qarabağ Təbliğat Turu”x9d çərçivəsində Türkiyəyə səfərə gedib.
QAT-dan Moderator.az -a veriloən məlumata görə, səfərdə onunla birlikdə QAT İdarə heyətinin üzvləri, Qarabağ döyüşçüləri Rəhman Cəfərov, Hüseyn Hüseynov, Qarabağ müharibəsinə dair məlumat xarakterli “Yaddaş”x9d filminin rejissoru Elxan Xanəlizadə iştirak edirlər. Səfərdə məqsəd Qarabağ həqiqətlərinin geniş dairələrə çatdırılması, yerli Qeyri-Hökumət Təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, həmçinin qardaş ölkənin terrora qarşı mücadələsinə ictimai dəstək verməkdir. QAT nümayəndə heyəti bir həftə ərzində Türkiyənin müxtəlif yerlərində rəsmi və qeyri-rəsmi görüşlərin, konfransların, dəyirmi masaların keçirilməsini, kitabların və QAT-ın hazırladığı “Yaddaş”x9d filminin disklərinin nümayişini və paylanmasını nəzərdə tutur.
Səfər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəsətklədiyi layihə çərçivəsində həyata keçirilir.






























































































