Kimlərin bizə başçılıq etdiklərini görməyiniz üçün o söyüşləri bağlamamışam - ŞOK VİDEO

Hazırda oxunan: Kimlərin bizə başçılıq etdiklərini görməyiniz üçün o söyüşləri bağlamamışam - ŞOK VİDEO

97589
Moderator.az tanınmış hüquqşünas Aslan İsmayılovun Sabunçunun icra başçısı Adil Vəliyevin qanunsuz hərəkətlərindən bəhs edən növbəti statusunu təqdim edir:

"Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyevin etdiyi qanunsuzluqları gözlərinizlə görün. Qanun əsasında torpaq sahəsinə hasar çəkdirən Abbas Quliyevin üstünə bu dəqiqələrdə Bəhruz Həsənov adlı birisini salıb onu və tikinti aparan fəhlələri söydürür, tikilmiş hasarı sökdürür. A.Vəliyevin göstərişi ilə orada olan 10 PB 588 nömrəli "Volkswagen" maşınında gələn Sabunçu İcra Hakimiyyətinin işçisi Həbib, Kürdəxanı İH nümayəndəsi Rafiq Rzayev və Kürdəxanı Bələdiyyəsinin sədr müavini Pərviz Dadaşov adlı şəxslər isə həmin Bəhruz Həsənova etdiyi özbaşnalıqlara göz yumub hasar sökməsinə şərait yaradırlar. Əvvəlcədən videoda olan SÖYÜŞLƏRƏ görə Sizlərdən üzr istəyirəm. Kimlərin bizə başçılıq etdiklərini görməyiniz üçün o söyüşləri bağlamamışam. Bunlar nəyə desən əl ata bilərlər. Buna qədər A.Quliyevin üstünə Qarabağ əlillərini salmışdılar. Bunlar yalandan insanın üzünə durub tutduranlardır.

P.S. Daxili İşlər Naziri Ramil Usubovun bilməsi üçün xatırladıram ki, bu özbaşnalıq 5 gündür davam edir və bu barədə şəxsən 102 xidmətinə, Sabunçu Rayon Polis İdarəsinin növbətçi hissəsinə və Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsinin rəhbərliyinə dəfələrlə şəxsən bildirmişəm. Bu günə qədər heç bir tədbir görülməyib. Bunun adı sadəcə dərəbəylikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin