Vahid taksi XİDMƏTİ – Bu nə qədər real layihədir?

Hazırda oxunan: Vahid taksi XİDMƏTİ – Bu nə qədər real layihədir?

97583

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib ki, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd hazırlanıb. 

“Bununla cənab nazir məşğul olur. Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar”. 
Vahid taksi xidməti görəsən nə deməkdir? Burada nələr əks olunmalıdır və ümumiyyətlə ona ehtiyac varmı? 

Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı vahid taksi xidmətinin yaradılmasını mümkünsüz hesab edir:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda vahid taksi xidməti yaradılacaq – RƏSMİ  


“Taksi xidməti sahibkarlıq sahəsidir. Ona görə bu sahədə heç kim monopoliya yarada, mərkəzləşdirilmiş sistem qura, xidməti vahid mərkəzə çevirə bilməz. Bütün taksilərin eyni şirkət tərəfindən alınması, hamısının bir şirkətə cəlb olunması sahibkarlıq fəaliyyətinə ziddir. Taksi xidməti sahəsində çoxsaylı şirkətlər fəaliyyət göstərir.

Onların yalnız idarəolunması və nəzarət mərkəzdən həyata keçirilə bilər ki, vətəndaşlar nöqsan və qüsurlar barədə məlumat versinlər.

Məsələn, vətəndaşlar taksi xidmətindən şikayətlərini vahid bir mərkəzə bildirə bilərlər. Bakı Nəqliyyat Xidmətində olduğu kimi, burada da qaynar xəttin yaradılması məqbuldur. Vahid taksi xidmətinin yaradılması yalnız bu məqsədə xidmət etməlidir. Bütün taksilər kameralarla təchiz edilməlidir. Hər bir taksidə sürücü haqqında məlumat lövhəsi olmalıdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin