Yasamal qəbristanlığında müştəri üstündə DAVA: Mollanın qabırğasını sındırdılar 

Hazırda oxunan: Yasamal qəbristanlığında müştəri üstündə DAVA: Mollanın qabırğasını sındırdılar 

97544

 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən qəbristanlıqda iki molla arasında baş vermiş dava-dalaşla bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu il fevralın 3-də saat 16 radələrində qəbristanlıqda fəaliyyət göstərən molla Zakir Əliabbas oğlunu döyərək qabırğalarını sındıran həmkarı, 1975-ci il təvəllüdlü İlqar Əliyev Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi iilə təqsirləndirilib. 

Qafqazinfo.az xəbər verir ki, məhkəmədə məlum olub ki, İlqar qəbirlərdən birinin yanında “Quran” oxuyarkən Zakir yaxınlaşaraq ondan müştərisi ilə bağlı söz soruşub.  

İlqar isə ona kobud cavab verib və müştəri üstündə tərəflər arasında dava başlayıb. Bu zaman İlqar badalaq fəndi işlədərək Zakiri yerə çırpıb. Zərbənin təsirindən Zakirin bir neçə qabırğasında sınıqlar yaranıb.

Hadisədən sonra Zakir polisə etdiyi şikayəti geri götürməsi üçün İlqardan xeyli miqdarda pul tələb edib. Lakin istədiyi məbləği ala bilmədiyi üçün şikayətini geri götürməyib. 

Yasamal Rayon Məhkəməsinin 30 sentyabr tarixli hökmü ilə İlqar Əliyevə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.  

Ona elektron nəzarət cihazı taxılıb və üzərinə yaşadığı yeri dəyişməmək, təyin edilmiş vaxtlarda ictimai yerlərdə olmamaq öhdəliyi qoyulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin