Yerevan və Xankəndi şokda: Sarkisyan köməyə rus ordusunu çağırmaq istəyir...

Hazırda oxunan: Yerevan və Xankəndi şokda: Sarkisyan köməyə rus ordusunu çağırmaq istəyir...

97528
Azərbaycan ordusunun Dağlıq Qarabağdakı işğalçı erməni birləşmələrinə dünən gecə endirdiyi cavab zərbələri Ermənistanda və Xankəndində şok effekti yaradıb.

Bu gün səhər keçirilən dövlət komissiyasının iclasında S. Sərkisyan çıxşının bir hissəsini bu hərbi insidentə sərf edib.

Zərbənin təsirindən bütün reallıq hissini itirən Sərkisyan bəyan edib ki, “bu hadisədə əli olanların tapılması, izlənməsi üçün hər şey edəcək”x9d.

Çıxışından vəcdə gələn Sərkisyan daha sonra bəyan edib ki, “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir”x9d. Qəribədir ki, ATƏT-in Minsk Qrupunun apardığı danışıqlar prosesində Yerevan cani-dildən subut etmək istəyir ki, Dağlıq Qarabağ probleminin ona dəxli yoxdur və o sadəcə “yerli erməni xalqının maraqlarını müdaifə edir”x9d. Azərbaycan ordusunun dünənki zərbəsi Sərkisyanı bu oyunda əsl oyunçunun kim olduğunu bir daha açmağa vadar edib.

Ermənistan prezidenti daha da uzağa gedərək bu münaqişəni onların xeyrinə həlli edəcək üçüncü tərəfin müdaxilə imkanlarına da toxunub. xa0“Ermənistan planetin ən çox hərbiləşdirlimiş ərazisidir”x9d,- deyən Sərkisyan bununla da öz ərazisində mövcud olan Rusiyanın 102-ci hərbi bazasına işarə edib. xa0

Qeyd edək ki, dünən baş vermiş hadisə ilə bağlı Ermənistan hüquq-mühafizə orqanları cinayət işi açıb. Xankəndində isə “şəhər günü”x9d ilə bağlı keçirləcək bayram tədbirləri ləğv edilib.

Qeyd edək ki, separatçıalrın hərbi qurumu sentyabrın 25-də Qarabağın şimalında raket-artilleriya zərbələri nəticəsində 4 erməni hərbcisi öldürüldüyünü, 16 nəfərin yaralandığını açıqlayıb. Zərbə xa0TR 107 sistemindən saat xa017:30-da xa0endirilib. xa0

Azərbaycan Müdafiə Nazirliyi 26 sentyabr tarixli məlumatında erməni tərəfdən açılan raket-minaatan atəşi nəticəsində əsgər Elşən Məmmədovun həlak olduğunu bildirib. Üç hərbçi yüngül yaralanıb.

Cavab tədbirləri nəticəsində düşmənin mövqelərinə adekvat zərbələr endirilib və erməni tərəfi dörd əsgər itirib, 16 nəfər yaralanıb.

Azərbaycanın müdafiə qurumu vəziyyətin gərginləşməsinə görə məsuliyyəti erməni tərəfinin üzərinə olduğunu bəyan edib./strateq.az/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin