Lənkəran İcra Hakimiyyətindən saxlanılanlarla bağlı AÇIQLAMA 

Hazırda oxunan: Lənkəran İcra Hakimiyyətindən saxlanılanlarla bağlı AÇIQLAMA 

97498

Xəbər verildiyi kimi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində bəzi vəzifəli şəxslərin, konkret isə Lənkərən Şəhər İcra Hakimiyyətinin şöbə müdiri, baş memar Elgün Əzizulla oğlu Abdullayevin saxlanıldığı bildirilsə də, bununla bağlı Baş prokurorluq tərəfindən hələki rəsmi açıqlama verilmir. 

Məsələ ilə bağlı Baş Prokurorluğun rəsmisi Günay Salimzadə Bizim.Media-ya açıqlamasında hazırda əlavə məlumat verə bilmədiklərini deyib. 

Lənkəran Şəhər İcra Hakimiyyətinin sektor müdiri, baş mühadib Rövşən İsgəndərli saytımıza açıqlamasında baş memar Elgün Abdullayevin saxlanıldığını təsdiqləyib:

“Əməliyyatın hansı səbəbdən keçirildiyini deyə bilmərəm. Bildiyim qədər Elgün Abdullayev saxlanılıb. Amma hansı səbəbdən bilmirəm. Başqa saxlanılanlar yoxdur, bir nəfərdir”,- deyə Rövşən İsgəndərli qeyd edib. 

Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən bu vəzifəni tutur.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin