UNEC və “McDonald’s Azərbaycan” arasında əməkdaşlığın bəhrəsi: Şirkətin dəstək olduğu tələbələrlə müsahibə 

Hazırda oxunan: UNEC və “McDonald’s Azərbaycan” arasında əməkdaşlığın bəhrəsi: Şirkətin dəstək olduğu tələbələrlə müsahibə 

97482

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “McDonald’s Azərbaycan” şirkəti fiziki imkanları məhdud olan tələbələrə maliyyə yardım göstərilməsi layihəsi çərçivəsində əməkdaşlığı uğurla davam etdirir. 

Xatırladaq ki, UNEC-in rektoru, professor Ədalət Muradov və “McDonald’s Azərbaycan” şirkətinin baş direktoru Oskar Boqopolskinin 2021-ci ildə imzaladığı Memoranduma əsasən, tərəflər tələbələrin müxtəlif istiqamətlər üzrə biliklərinin inkişaf etdirilməsi, istehsalat və könüllü praktiki proqramların təşkili, təlim xərclərinin ödənilməsi, həmçinin sertifikatlaşdırmadan keçmə kimi məsələlərdə əməkdaşlığa başlayıblar. 

Memorandumun müddəalarının icrası çərçivəsində ötən il fiziki imkanları məhdud tələbələrə maliyyə yardımının göstərilməsi layihəsinə başlanılıb.

Belə ki, müəyyən davamiyyət meyarlarına uyğun olaraq, 15 namizəd arasından 5 UNEC tələbəsi seçilib və onlara maliyyə yardımı göstərilib. “McDonald’s Azərbaycan” şirkəti onların ötən tədris ili üçün təhsil haqqını tam ödəyib. 

Bu tələbələrdən biri artıq universitet məzunudur, digər 4 nəfər isə “McDonald’s Azərbaycan” şirkətinin dəstəyi ilə təhsilini davam etdirəcək. Şirkət onların cari tədris ili üçün təhsil xərclərini qarşılayacaq. 
Seçilmiş tələbələrdən biri Fransanın Monpelye Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı üzrə təhsilini başa vurmuş Əhməd Abdullayevdir. 

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin