Pensiyaların artırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Pensiyaların artırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

97481

2022-ci ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş 3344 pensiyaçının pensiyalarını yenidən hesablayaraq artırıb. 

Bizim.Media Nazirliyə istinadən xəbər verir ki, həmin vətəndaşların pensiyalarına edilmiş bu artımlar üçün illik əlavə 4 milyon 662 min manat ayrılıb. 

"Əmək pensiyaları haqqında" Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən sonra da işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış pensiya kapitalı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasına əlavə olunur. 
Məqsəd işləyən pensiyaçıların mənafelərinin daha dolğun təmin olunması, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslərin sosial sığorta sistemində aktiv iştirakının stimullaşdırılmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin