Dövlət Komitəsi əməkdaşları azyaşlının döyüldüyü məktəbdə oldular

Hazırda oxunan: Dövlət Komitəsi əməkdaşları azyaşlının döyüldüyü məktəbdə oldular

97406

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər aidiyyəti qurumların əməkdaşları 112 saylı tam orta məktəbdə olublar.

Bizim.Media xəbər verir ki, bu barədə Komitənin mətbuat xidməti Teymur Mərdanoğlu məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Baş Prokurorluq məktəbdəki zorakılıqla bağlı MƏLUMAT YAYDI 


O bildirib ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 112 saylı tam orta məktəbdə təhsil alan 9-cu sinif şagirdinin öz sinif yoldaşına qarşı fiziki zorakılıq tətbiq olunmasını əks etdirən video görüntü ilə əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər aidiyyəti qurumların əməkdaşları məktəbə səfər ediblər, məsələnin ətraflı öyrənilməsi məqsədilə məktəblilər, onların valideynləri, eləcə də məktəb rəhbərliyi və məktəbin psixoloqu ilə ətraflı söhbətlər aparılıb. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb. 

Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin