“Hər iki layihəni paralel reallaşdırmaq imkanımız yoxdur”x9d.
Azərbaycanın proqram təminatçısı “Dilmanc”x9d şirkəti “AzNET”x9d auditoriyası üçün sosial şəbəkə yaratmağı planlaşdırır.xa0
Moderator.az xəbər verir ki, bunu Trend-ə “Dilmanc”x9d layihəsinin rəhbəri Əbülfət Fətullayev deyib.
Onun sözlərinə görə, artıq yaradılmasına başlanılan milli axtarış sisteminin konturları hazırlandıqdan sonra layihənin reallaşdırılması nəzərdə tutulur.
Ə.Fətullayev bildirib ki, təəssüf ki, hər iki layihəni paralel reallaşdırmaq imkanımız yoxdur:xa0
“Axtarış sisteminin müəyyən parametrlərinin sosial şəbəkə ilə uyğun gəldiyini nəzərə alsaq, demək olar ki, sonuncunun yaradılması əlavə fəaliyyət tələb etməyəcək. Bundan başqa, axtarış sistemi və sosial şəbəkəyə inteqrasiya ediləcək öz messencerimizi yaratmalıyıq.
Messencerimiz ölkə daxilində “WhatsApp”x9dda olmayan daha geniş funksiyalara malik olacaq”x9d.
































































































