Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 96 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 821 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 060 nəfər müalicə olunaraq sağalıb, hazırda 776 aktiv xəstə var.
Bu günə qədər 9 921 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 806, bu günə qədər isə ümumilikdə 7 260 232 test icra olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:41 / 04.10.2022
Azərbaycanda son sutkada 96 nəfər koronavirusa yoluxdu - 2 xəstə öldü
Hazırda oxunan: Azərbaycanda son sutkada 96 nəfər koronavirusa yoluxdu - 2 xəstə öldü
Hazırda oxunan: Azərbaycanda son sutkada 96 nəfər koronavirusa yoluxdu - 2 xəstə öldü
97362
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.