Dövlət Sosial Müdafiə Fondu ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan şəxslərə güzəştli kreditlərlə ev verilməsi məsələsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib ki, həmin ailələrin müraciət etmək hüququ var:
“Lakin ünvanlı yardım təyin edilərkən ailənin gəlirləri əsas götürülür. Ailənin gəlirləri ünvanlı yardımı alana qədər baxılır və ünvanlı yardımla bağlı qanunvericilikdə göstərilir ki, əgər yardım alandan sonra gəlirlərdə hər hansı dəyişiklik baş verərsə, bununla bağlı 15 gün müddətində DSMF-yə məlumat verilməlidir”.
Mətin Əsgər güzəştli ipotekaya müraciət edən ünvanlı sosial yardım alan və müsbət cavab alan şəxslərlə bağlı proseduru açıqlayıb:
“Bu zaman ailənin xərcləri artır. Amma gəlirlərdə hər hansı bir dəyişiklik baş vermirsə, həmin ailənin əldə etdiyi ipoteka üçün ödəyəcəyi məbləğ onun mədaxilində göstərilibsə, bu zaman onun gəlirlərində hər hansı dəyişikliyə ehtiyac olmur”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:40 / 04.10.2022
Sosial yardım alan şəxslərə güzəştli kreditlərlə evlər necə verilir? – RƏSMİ
Hazırda oxunan: Sosial yardım alan şəxslərə güzəştli kreditlərlə evlər necə verilir? – RƏSMİ
Hazırda oxunan: Sosial yardım alan şəxslərə güzəştli kreditlərlə evlər necə verilir? – RƏSMİ
97300
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.