“Azəriqaz”x9d İstehsalat Biliyinin baş diraktoru Əkbər Hacıyev Gədəbəyin Şınıx bölgəsində yüksək dağ massivində yerləşən kəndlərlə bağlı bədbin proqnozla çıxış edib. “Azəriqaz”x9d yetkilisi qeyd edib ki, həmin kəndlərin relyefi mürəkkəb olduğu və orada yaşayan vətəndaşların sayının az olması səbəbi ilə bu kəndlərin qazlaşdırılması iqtisadi baxımdan sərfəli deyil və bu səbəbdən də həmin kəndlərə qaz çəklməsi planlaşdırılmır.
Maraqlıdır, hansısa yaşayış məskəninin yüksək dağlıq relyefdə yerləşməsi orda məskunlaşan vətəndaşları mavi yanacaqla təmin olunmaq hüququndan məhrum edirmi? Erməni təhlükəsi ilə üz-üzə qalan, günün 24 saatını səksəkə içində keçirən insanları məişət qazından da məhrum etmək nə dərəcədə doğrudur? Gerçəkdənmi dövlətin ucqar ərazilərdə yaşayan vətəndaşlarına qaz çəkəcək qədər vəsaiti yoxdur?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən QAT sədri Akif Nağı “Azəriqaz”x9d yetkilisinin məlum açıqlamasının məntiqəzidd olduğunu vurğuladı:
“Görünür, bu məmur siyasi cəhətdən savadsız bir şəxsdir. Bu şəkildə açıqlama vermək, məsələni bu şəkildə əsaslandırmaq ən azından gülüncdür. Hətta bir ailə belə yaşayırsa, ölkədə qazlaşma gedirsə, dövlət tərəfindən dotasiya, əlavə vəsait ödənilməlidir, həmin ev qazlaşdırılmalıdır. Hardasa az ailənin məskunlaşdığını və ora qaz çəkməyin iqtisdi baxımdan səmərəli olmadığını əsas gətirib həmin ərazini qazlaşdırmaqdan imtina etmək olmaz. Bu, yanlış bir mövqedir. Belə bir şey hansısa qanunda da nəzərdə tutula bilməz.
Dağ kəndlərinə xüsusi diqqət yetirilməlidir. Əhalinin orda yaşamını davam etdirməsi, kəndlərin boşalmasının qarşısını almaq üçün belə bir diqqətin göstərilməsi zəruridir. Bu baxımdan dövlət lazımi xərcləri öz üzərinə götürməlidir. Həmin kəndlərə qaz çəkilişi təmin edilməlidir. Məsələ bu şəkildə saxlanıla bilməz”x9d.
A.Nağının sözlərinə görə, cəbhəyanı ərazilərdə məskunlaşan vətəndaşların probleminə ikiqat həssaslıqla yanaşılmalı, onların problemi qısa zaman kəsimində həll edilməlidir:
“Cəbhəyanı ərazilər, Azərbaycan üçün mühüm strateji önəm kəsb edən ərazidir. Oradakı dağ kəndlərində məskunlaşan insanlar çətin şəraitdə yaşayırlar. Onların problemləri hər zaman diqqət mərkəzində olmalıdır. Bu baxımdan hesab edirəm ki, “Azəriqaz”x9d rəhbərinin mövqeyi yanlış bir mövqedir. Məmur öz səhvini etiraf etməlidir və bu məsələ dövlət səviyyəsində öz həllini tapmalıdır. Həmin kəndlər qazlaşdırılmalı və vətəndaşların bütün problemləri kimi qazla bağlı problemləri də öz həllini tapmalıdır”x9d.
xa0
Seymur Əliyev
xa0
xa0
xa0































































































