2 uşaq insan alverinin qurbanı olub - RƏSMİ 

Hazırda oxunan: 2 uşaq insan alverinin qurbanı olub - RƏSMİ 

97261

"2020-2021-ci illərdə müəyyən edilən 189 insan alveri qurbanından 184-ü qadın, 5-i kişi, o cümlədən 2-i uşaqdır".

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə müdiri Samir Qarayev İnsan Alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, həmin dövr ərzində insan alveri qurbanlarından 1-i əcnəbi, yəni Rusiya vətəndaşı, 188-i isə Azərbaycan vətəndaşı olub:

"Qurbanların hər birinə 700 manat məbləğində birdəfəlik müavinət ödənilib, tibbi, psixoloji, hüquqi yardımlar göstərilib va sosial xidmətlərlə əhatə olunması məqsədilə aidiyyəti üzrə yönləndirilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin