Ali məktəblərə qəbul zamanı yüksək bal toplayaraq Bakı Dövlət Universitetinə (BDU) daxil olmuş Kamran Babazadə avtomobil qəzasında dünyasını dəyişib.
Moderator.az xəbər verir ki, bədbəxt hadisə dünən baş verib. Belə ki, Badamdar şosesi ilə "20-ci sahə" qəsəbəsi istiqamətində hərəkətdə olan “Mitsubishi Pajero-İo”x9d markalı, 99 FJ 658 nömrə nişanlı avtomobil idarəetmədən çıxıb və aşıb. Nəticədə avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Babazadə Kamran Alim oğlu hadisə yerində ölüb. 1997-ci il təvəllüdlü sərnişin Tağıyev Vüqar İlham oğlu isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Məlumata görə, qəzada həlak olan Kamran Babazadənin idarə etdiyi avtomobili bu il ali məktəbə qəbul zamanı yüksək bal topladığı üçün doğmaları ona hədiyyə olaraq alıbmış.





























































































