Bəzi dərs vəsaitlərində vulqar sözlərdən və söyüşlərdən ibarət mətnlərin yer alması geniş müzakirələrə səbəb olub. BDU-nun “Ümumi dilçilik”x9d kafedrasının müdiri, millət vəkili Nizami Cəfərov saytların birində bu məsələyə olduqca orijinal münasibət bildirib: “Ona görə də bu tipli sözlərin dərsliklərimizdə verilməsi - hətta bundan da çox verilə bilər ”“ tamamilə məqbuldur. Bu, iki məqsəddən irəli gəlir. Birinci məqsəd ”“ dil hadisəsi kimi elmi olaraq, bu, öyrənilməli və bilinməlidir. Hər bir azərbaycanlı bilməlidir ki, bəli, dilin təbiətində belə şeylər də var. İkinci bir tərəfdən həm də bizim gənclərimiz bilməlidir ki, bu jarqon sözün yerinə hansı ədəbi söz işlədilir, bu jarqon ifadənin yerinə hansı ədəbi normativ ifadə işlədilir. Onu müqayisədə bilirlər. Odur ki, dərslik müəllifləri tamamilə doğru ediblər və bu, olmalı bir hadisədir. Və kimsə bunu müzakirə edib bu cür sözlərin dərsliklərdəverilməsinə belə qeyri-normativlik, ədəbsizlik və yaxud gəncliyi düz yola çəkməmək kimi baxırsa, demək onun dünyadan xəbəri yoxdur”x9d.
Məsələn, Nizami müəllimin müəllifi olduğu 10-cu sinfin “Azərbaycan dili”x9d dərsliyindən bu mətni elmi olaraq necə öyrənmək olar?
Otağa gur və zəhmli bir səs yayıldı:
-İtil burdan, küçük!
Şamxal atasının qolunu tutub dartdı:
-Burax deyirəm sənə!
-Kəs səsini, qancığın balası!
-Ağzını təmiz saxla, dədə!
-Kəs deyirəm, qancıqdan süd əmən!
-Südümü söymə!
-Ə, qoduq, mənim üstümə şeşələnirsən!?
Bilmək olmaz, xa0bəlkə Nizami müəllim belə dil hadisəsinin elmi olaraq izahını bilir?
Demək bilirsə, belə mətnləri dissertasiya mövzusu kimi doktorantlara da, yəqin ki, verəcək. Azərbaycanın bu tanınmış alimi tarixçi, dilçi, ədəbiyyatçı, tənqidçi olduğunu dəfələrlə deyib. Ancaq zoologiya elmini də bildiyini bizdən niyə gizlədib? Məsələn, Nizami müəllim izah etməli idi ki, İsmayıl Şıxlı əsərin bu yerində niyə “köpəyin balası”x9d yox, “qancığın balası”x9d ifadəsini işlədib? Mən ipucu verə bilərəm. Burada dilin sintaksis, semantik, praqmatik aspektləri içərisindən 3-cü təhlil olunmalıdır. Bundan artığını demək istəmirəm. Çünki dərsliyi mən yazmamışam ki!
Yeri gəlmişkən, AMEA-nın müxbir üzvü bu cür mətnlərin dərsliklərdə çoxaldılmasının tərəfdarıdırsa, onda xahiş edirəm mənim tərtib etdiyim bu mətni də dərsliklərdə yerləşdirin.
Nizami və Baloğlan söhbət edir:
-Necesen, alə, Nizami müellim!
-Bele de, mənim qerdeşim.
-Eşitdim namüzedliyüvü yene vərmisen?
-Həri.
-İnşəllah seçilersen!
- Bilirsen, Baloğlan, indi analiz ele. Parlament mensiz necə ola bilər?!
-Medeniyyetimiz batar, qədeş.
-Bilirsen de qədeş, medeniyyet nedir. Latınca “becermek”x9d demekdir.
-Bilmürdüm bunu men, alə.
- Bu il zeferan becerdün?
-Yox, qərdeş balqabağ becerdim.
-Ne ferqi, her ikisi Baki kendlerinde bitir de!
-Nizami qərdeş, bir sual vərim sene. Küdü nemenedü, balğabağ nemene!
-Aktual sualdur və bunun elmi təhlilü olmalıdır. Küdü küdüdü, balğabağ da balğabağdu de.
-Gözel abyesnüt elediyivüzə göre sizden çox razi qaldim.
-İnşəllah, deputat seçildikden sonra bir balğabağ qutabı qonağlığı verersen. Yanunda ərağ olmasın, “düşes”x9d limonadı olsa bes eder. Qaracigerim ne ise...
-Nece lazımdu. O mütleq olacek!
Etibar Əliyev, təhsil eksperti, fəlsəfə doktoru































































































