Prezident Rəcəb Tayyib Ərdoğan, Minadakı izdihamda həyatını itirən hacılar üçün başsağlığı mesajı verib. Ərdoğanın mesajında bu ifadələr yer alıb:
"Minada baş verən izdihamda 200-dən çox hacının həyatını itirməsi səbəbindən dərin bir kədər içindəyəm. Kəbədəki qəzadan sonra mübarək Qurban bayramının ilk günündə baş verən bu faciə, bütün İslam dünyasında böyük bir kədərə səbəb olmuşdur.
Həcc ziyarəti etdikləri vaxtda meydana gələn izdihamda həyatlarını itirən mərhumlara Allahdan rəhmət, ağrılı ailələrinə və yaxınlarına səbr, yaralı qardaşlarımıza da təcili şəfalar diləyirəm. Kəbədəki kran qəzası da daxil olmaq üzrə, bu həcc mövsümündə qardaşlarımızı rəhmətlə yad edir, bütün Müsəlmanlara başsağlığı verirəm"






























































































