"Ağalıdakı quruculuq işləri San-Marino Bəyənnaməsinə uyğun aparılır" - Vahid Hacıyev - FOTO

Hazırda oxunan: "Ağalıdakı quruculuq işləri San-Marino Bəyənnaməsinə uyğun aparılır" - Vahid Hacıyev - FOTO

97194

"Zəngilan rayonunun Ağalı kəndində görülən bərpə-quruculuq işləri San-Marino Bəyənnaməsinə uyğun olaraq aparılır”. 

Bizim.Media xəbər verir ki, bunu Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev BMT-nin Avropa İqtisadi Komissiyasının Şəhər, İnkişaf, Mənzil və Torpaq idarəçiliyi üzrə keçirilən 83-cü sessiyasında çıxışında deyib. 

Vahid Hacıyev işğaldan azad olunmuş Zəngilan rayonunda bərpa-quruculuq və əhalinin yenidən məskunlaşdırılmasına dair ölkəmizin təcrübəsini sessiya iştirakçıları ilə bölüşüb. 

O, bütün bu işlərin görülməsində əsas məqsəd keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması, onların burada yaşaması üçün zəruri infrastrukturun yaradılması olduğunu qeyd edib. 
Çıxışında, həmçinin yenidənqurma zamanı qarşıya çıxan çağırışlar haqqında danışan Vahid Hacıyev, bu çağırışlar arasında ən önəmlisi minalar və partlamamış hərbi sursatlardan təmizləmə və təhlükəsizliyin təmin edilməsi olduğunu, çağırışın ümumi yenidənqurma prosesini ləngitdiyini, lakin buna baxmayaraq tətbiq olunan planlaşdırma və onun məqsədyönlü icrası ilə kifayət qədər çox işlərin artıq başa çatdığını vurğulayıb. 

Vahid Hacıyev Ağalıda bütün lazımi infrastrukturun yaradıldığını və artıq 66 ailə, ümumilikdə 326 nəfərin köçürüldüyünü vurğulayıb. 

Sonda xüsusi nümayəndə tamamilə dağıdılmış Zəngilanın Baş Planının artıq hazır olduğunu, gələcəkdə müasir yaşayış evləri, yüksək keyfiyyətli şəhər infrastrukturu ilə Zəngilanın insanlar üçün rahat və dayanıqlı şəhər olacağını qeyd edib. 

Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin