İqtisad elmləri doktoru, professor Ziyad Səmədzadənin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb.
Moderator.az Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən xəbər verir ki, bitərəf namizəd olan Ziyad Səmədzadə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən irəli sürülüb.



































































































