Xəbər verildiyi kimi Nazirlər Kabineti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sərnişindaşıma sahəsində təkliflər hazırlamağı tapşırıb. Belə ki, sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılması, nağdsız ödənişə tam keçidin sürətləndirilməsi, bu sahədə tarif (qiymət) siyasətinə yenidən baxılması barədə müraciət edib.
Tarif siyasətinin yenidən formalaşması fonunda ictimai nəqliyyatda gediş haqqının qaldırılacağı istisna olunmur. Ardınca isə Bakı metrosundakı tariflərə baxılacağı təxmin edilir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında qiymət siyasətində yenilənmə ilə bağlı məsələnin gündəmdə olmadığını deyib:
“Metropolitendə gediş haqqının tənzimlənməsi ilə bağlı qurumun hər hansı səlahiyyəti yoxdur.
Ümumiyyətlə “Bakı Metropoliteni “ aidiyyəti üzrə qurumlar qarşısında maliyyə hesabatını dövr olaraq verir və Tarif Şurası da bu mənada istidna deyil. Qeyd etdiyiniz məsələ hazırda gündəmdə deyil və “Bakı Metropoliteni” bununla bağlı Tarif Şurasına müraciət ünvanlamayıb”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:35 / 03.10.2022
Nazirlər Kabinetindən gedişhaqqı ilə bağlı TAPŞIRIQ – Metro da qiymətləri qaldırır? - AÇIQLAMA
Hazırda oxunan: Nazirlər Kabinetindən gedişhaqqı ilə bağlı TAPŞIRIQ – Metro da qiymətləri qaldırır? - AÇIQLAMA
Hazırda oxunan: Nazirlər Kabinetindən gedişhaqqı ilə bağlı TAPŞIRIQ – Metro da qiymətləri qaldırır? - AÇIQLAMA
97164
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.