Quba Soyqırımı Kompleksi ərazisini kim satıb? – Xidmət rəisi təcili hadisə yerinə getdi - ÖZƏL VİDEO

Hazırda oxunan: Quba Soyqırımı Kompleksi ərazisini kim satıb? – Xidmət rəisi təcili hadisə yerinə getdi - ÖZƏL VİDEO

97160

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bu gün Quba Soyqırımı Memorial Kompleksində olub.

Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova ona kompleksin mühafizə zolağında qanunsuz aparılan qazıntı və tikinti işləri barədə məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Quba Soyqırımı Memorial Kompleksini bu gün 5 mindən çox insan ziyarət edəcək - FOTO


Bildirib ki, Mədəniyyət Nazirliyinin, yerli RİH-in və diğər aidiyyatı dövlət qurumlarının operativ müdaxiləsi nəticəsində tikinti və qazıntı işləri dayandırılıb. 

Azad Cəfərli qanunsuz zəbt və qazıntı işləri ilə bağlı Bizim.Media-ya özəl açıqlama verib. Açıqlamasında qanunsuz tikili ilə bağlı görüləcək tədbirlər haqqında danışılıb:

“Quba Memoial Kompleksində tariximiz maddiləşmişdir və milyonlarla insan daim buranı ziyarət edir. Bu bizim hər birimiz üçün kollektiv yaddaşımızın tərkib hissəsidir. Bu baxımdan onun qorunması, gələcək nəsillərə çatdırılması burada maddiləşmiş bu və ya digər elementlərin saxlanılması həm mənəvi, həm də maddi borcumuzun bir hissəsidir.
Bu nöqteyi-nəzərdən burada həyata keçiriləcək hər hansı bir fəaliyyət ancaq qanunvericiliyimizin ciddi tələbləri çərçivəsində icra oluna bilər və biz də bunu aidiyyatı orqanlarla birlikdə həyata keçirilməsi və Quba Memorial Kompleksinin qorunması, onun mühafizə zolağının nəzərə alınması həmçinin insanların kütləvi şəkildə buranı rahat ziyarət etməsi, tarixi hadisəni özündə həkk etmiş abidəni ziyarətə gələn xarici qonaqların sərbəst çıxışının təmin edilməsi çərçivəsində baxacağıq.

Nazirlik özü də bilavasitə məsələ ilə əlaqədar qoruq rəhbərliyi və kollektivi ilə daim təmasdadır. Və gördüyünüz kimi bu gün biz yerdə baxış keçiririk, çünki bu sıradan bir məsələ deyildi. Qoruğun önəmi, vacibliyi Mədəniyyət Nazirliyi, Dövlət Xidməti və qoruq olaraq bizim üçün ümdə olan məsələdir”.
Xidmət rəisi sonda bildirib ki, məsələnin həlli ilə bağlı müvafiq məhkəmə instansiyalarına da müraciət edilməsi istisna deyil.

Həmin reportajı təqdim edirik:

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin