Bakıda qumar borcuna görə tanışını qətlə yetirən şəxsə HÖKM OXUNDU  

Hazırda oxunan: Bakıda qumar borcuna görə tanışını qətlə yetirən şəxsə HÖKM OXUNDU  

97158

Bakıda qumar üstündə qətl törətməkdə təqsirləndirilən Rabil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

R.Qasımov 9 il azadlıqdan məhrum edilib.  

İttihama görə,  hadisə paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 29 ünvanında olub. 

Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, bu il aprelin 4-ü saat 23 radələrində 40 yaşlı Bəhruz Quliyevin öldürülməsi barədə məlumat daxil olub. 

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 37 yaşlı Rabil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəhruz Quliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

R.Qasımov şübhəli şəxs qismində saxlanılıb.  

Məlumata görə, qətlə yetirilən Bəhruz Quliyev avtoyuma məntəqələrindən birində işləyib. O, qumarda Rabil Qasımova pul uduzsa da, uduzduğu məbləği verməyib.   

R.Qasımov da həmin pula görə B.Quliyevi qətlə yetirib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin