Bakıda kibertəhlükəsizlik mövzusunda konfrans keçirilib – FOTO  

Hazırda oxunan: Bakıda kibertəhlükəsizlik mövzusunda konfrans keçirilib – FOTO  

97155

Bu gün “İnterProbe” şirkəti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda konfrans təşkil edilib.

Bizim.Media xəbər verir ki, “Baku Marriott Boulevard Hotel”də baş tutan konfrans Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının “Pnetworks” kimi qabaqcıl üzv təşkilatlarının sponsorluğu və “A2Z Technologies”, “CyberPoint” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycana qarşı kibertəhdidlər artıb” – RƏSMİ  


Tədbirin açılış mərasimində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, AKTA-nın İdarə heyətinin sədri Rahid Ələkbərli, Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov,”bp” şirkətinin xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və ”Swiss Cyber Institute”un rəhbəri Samir Əliyev çıxış ediblər.

Konfransda kiberdünyada cərəyan edən hadisələr, ölkələrin kiberhazırlığı, kibertəhsil, kibergüclərin birgə fəaliyyəti, iqtisadiyyatın müxtəlif sahələrindəki kiberfəaliyətlər və kiberpotensial idarəçiliyi sahəsindəki aktual məsələlər Azərbaycan, Türkiyə və İsrail kiber-ekspertləri ilə birgə müzakirə edilib.
Geniş dinləyici auditoriyasının diqqətini cəlb edən forumlar çərçivəsində “Davamlı kibertəhlükəsizlik modelinin qurulması”, “Maliyyə sahəsində rəqəmsal transformasiya və kiber risklər”, ”Əvvəldən axıra təhlükəsizlik mümkündürmü?”, ”Kiber-potensialın gücləndirilməsi” və s. kimi mövzularda müzakirələr aparılıb.

Konfrans çərçivəsində 600-ə yaxın ekspertin iştirakı ilə müxtəlif interaktiv sorğular keçirilib, kibergigiyena, kiber-mühit, sosial və idarəçilik təcrübələrinə aid sorğular xüsusi olaraq qiymətləndirilib və interaktiv iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Konfrans zamanı müzakirə olunmuş məsələlər üzrə gələcək fəaliyyətlərin Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, Türkiyənin “CyberThink” və Kiber Diplomatiya Assosiasiyası kimi düşüncə mərkəzlərində davam etdirilməsi qərarlaşdırılıb.  

Tədbir zamanı müzakirə olunan məsələlər Medianın İnkişafı Agentliyi, Anadolu Agentliyi və Türkiyənin müdafiə sənayesinin aparıcı media qurumlarının tərəfdaşlığı ilə işıqlandırılıb

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin