Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1210 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1008 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə,abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola bilərsiniz.
Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür (Xidmətə keçid://eservices.dim.gov.az/ejurnal/).
Qəbul olunan abituriyentlər 5 oktyabr saat 12:00-dan 10 oktyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcəkdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:35 / 03.10.2022
Kolleclərin boş qalan yerlərinə qəbul NƏTİCƏLƏRİ AÇIQLANDI
Hazırda oxunan: Kolleclərin boş qalan yerlərinə qəbul NƏTİCƏLƏRİ AÇIQLANDI
Hazırda oxunan: Kolleclərin boş qalan yerlərinə qəbul NƏTİCƏLƏRİ AÇIQLANDI
97133
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.