“Yanlış məlumat yayan Asif Niftəliyev “Azərbaycan Dəmir Yolları”x9d QSC-dən üzr istədi”x9d

Hazırda oxunan: “Yanlış məlumat yayan Asif Niftəliyev “Azərbaycan Dəmir Yolları”x9d QSC-dən üzr istədi”x9d

97124

“Azərbaycan Dəmir Yolları”x9d Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Moderator.az-a verdiyi məlumata görə, bir müddət bundan öncə facebook sosial şəbəkəsində Bakı-Sumqayıt qatarının guya yolu səhv salaraq Siyəzənə gedib çatması ilə bağlı yanlış informasiya yayan şəxs ”“ vətəndaş Asif Niftəliyev yanlış məlumata görə qurumdan üzr istəyib:

20 sentyabr 2015-ci ildə sosial şəbəkələrdə “Yolu səhv saldı, Siyəzənə getdik...”x9d başlıqlı yazı geniş müzakirələrə səbəb olmuşdur.

Yazı müəllifi Asif Niftəliyevxa0 “Azərbaycan Dəmir Yolları”x9d QSC-yə dəvət olundu və xa0Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət xətti barədə ətraflı ona xa0məlumat verildi".

N.Əzməmmədov qeyd edib ki, Asif Niftəliyevxa0 səhvini anlayıb, elektrik qatarının həqiqətən də Sumqayıt sərnişin stansiyasına getdiyinə əmin olub və öz statusunda xa0səhvini etiraf edib:xa0

“Bu gün 23.09.2015 tarixində məni 19.09.2015 tarixində Bakı-Sumqayıt qatarı haqqında paylaşdığım statusla əlaqədar “Azərbaycan Dəmir Yolları”x9d QSC dəvət elədilər və həmin gün qatarın getdiyi güzərgahı bütün təfərrüatı ilə göstərdilər və mənə aydın oldu ki, mənim Siyəzən sandığım stansiya əslində Sumqayıt Baş Stansiyası olub. Orda qatarın 15 dəqiqə dayanmağının səbəbini maşinistin yer dəyişməsi üçün keçən müddət olduğunu bildirdilər. Bundan sonra isə qatar Sumqayıt sərnişin stansiyasına gəlib. Buna görə Azərbaycan Dəmir Yolları”x9d QSC-dən üzr istəyirəm”x9d.

xa0

Seymur Əliyev

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin