“Azərbaycanda iki vacib normativ aktın təsdiq olunması gözlənilir. Bunlardan biri kritik informasiya resurslarının təhlükəsizliyi ilə bağlıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bu gün Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycana qarşı kibertəhdidlər artıb” – RƏSMİ
İlqar Musayev əlavə edib ki, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasının da təsdiq olunması gözlənilir.
Murad Əhmədov, Bizim.Media